Azərbaycan əsilli rusiyalı futbolçu Ayaz Quliyev Tula “Arsenal”ından ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bundan sonra Rusiyanın digər klubu “Ximki”nin formasını geyinəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Ayaz Quliyev Moskva “Spartak”ının yetirməsidir. O, paytaxt klubunda olduğu dövrdə “Anji” və “Rostov”da icarədə oynayıb. 2018-ci ildə “Spartak”dan ayrılaraq “Rostov”a transfer olunan futbolçu, 2019-cu ildə yenidən Moskva klubuna qayıdıb.
Quliyev 2021-ci ilin iyun ayından Tula “Arsenal”ında çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 26 oyuna çıxıb. Yarımmüdafiəçi Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmasında da forma geyinib.


