Ayaz Quliyev: “Azərbaycana nə “hə”, nə də “yox” deməmişəm”

Hazırda “Ximki”nin şərəfini qoruyan əslən Azərbaycandan olan yarımmüdafiəçi Ayaz Quliyev Rusiyanın “Matç TV” kanalına geniş müsahibə verib. Arena.az xəbər verir ki, müsahibə zamanı Quliyev cari mövsümdəki çıxışı, futboldankənar həyatı və məşhur MMA ustası Həbib Nurməhəmmədov haqda danışıb.

Müsahibədən maraqlı məqamları ixtisarla təqdim edirik:

  • “Anji”də sən Qriqoryanın rəhbərliyi altında çıxış etmisən. O, necə məşqçidir?
  • Ona minnətdaram, mənə onunla işləmək rahat idi. Mən azərbaycanlıyam, o isə ermənidir. Ancaq Qriqoryan dərhal dedi: “Mən səni oyunçu kimi görürəm. Artıq heç nə haqda düşünmə, biz özümüzkülərik”. Ona hörmətim dərhal artdı. Olur ki, hər hansı qeyri-futbol məqamları üzündən nə isə alınmır. Ancaq burada dəqiq başa düşürdüm ki, nə etmək lazımdır və etimad hiss edirdim.
  • Qriqoryan məşqlərdə də bizim onu TV-də gördüyümüz kimidir?
  • Bəli, düzxətlidir, necə görür, eləcə də deyir. Heç bir anlaşılmaz hərəkəti yoxdur. Onun yumor hissi yüksəkdir. Daima gülürdük. Darıxmırdıq.
  • Qriqoryan səni özü ilə bərabər erməni klubuna çağırmırdı?
  • Yox, vəziyyət aydındır – məni ora götürməzdilər. Ermənistanda bir nəfər də azərbaycanlı oynamır. Bu, heç də yaxşı qərar olmazdı.

“İlk növbədə, mən – azərbaycanlıyam”

  • İndi belə bir ənənə var ki, çoxları vətəndaşlığını dəyişir. Belə bir planın var?
  • Mən Azərbaycana nə “hə”, nə də “yox” deməmişəm. Razılaşdırılacaq çoxlu məqamlar var. Həmişə eşitdiyim budur – gözləyirik və müzakirə etmək lazımdır. Ola bilər ki, yaxınlarda keçidimi müzakirə etdik. İstənilən halda karyera klub fəaliyyəti üzərindən qurulur, yığmadan deyil. Özümün mümkün keçidini istisna etmirəm. Ancaq bu, cari vəziyyətlə əlaqədar deyil. Bu haqda çoxdan söhbət gedir. Ancaq başa düşsəm ki, legioner olub Rusiya Premyer Liqasında rəqabətim çətinləşəcək, o halda bu, ayrıca məqamdır.
  • Sən ən azı keçid haqda düşünürsən. Nədən?
  • İlk növbədə, mən – azərbaycanlıyam. Yox əgər bu, klub karyerasında mənfi hal olacaqsa, bu halda keçidə dəyməz. Axı klubda oynamsan, yığmaya düşə bilməyəcəksən və bu halda keçidin mənası itir.
  • Sən MMA-nın böyük azarkeşisən?
  • Mənə bu idman növü maraqlıdır, İslam Maxaçevi izləyirəm, çoxdan xoşuma gəlir. Nurməhəmmədovdan sonra İslamı izləyirəm. Onunla şəxsən tanış deyilik, Həbiblə görüşəndə isə o, yanımızda deyildi.
  • Həbiblə görüşün haqda danış.
  • Dubayda “Spartak”la təlim-məşq toplanışında idik. Həbib beş-altı adam çağırdı ki, söhbətləşsin. Gəzişirdik. Növbəti gün futbol oynamağa getdik. Görünür ki, Həbibin böyük istəyi var, o, bu idman növünü sevir.
  • Sən “Spartak”a gələndə səni Həbib, deyə çağırırdılar, bu, belədir?
  • Elədir, hələ “Rostov”da belə çağırırdılar. Necəsə özü-özünə belə alındı, çoxları deyir ki, biz oxşayırıq. Olsun ki, yaxşı adamla müqayisə edirlər.

Xatırladaq ki, Ayaz Quliyev Moskva “Spartak”ının yetirməsidir. O, “Spartak” və “Ximki”dən başqa, “Arsenal” (Tula) və “Rostov”da da forma geyinib. 26 yaşlı futbolçu Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib. Tez-tez onun Azərbaycan yığmasında oynayacağı barədə xəbərlər dolaşsa da, futbolçu bu məsələ ilə bağlı AFFA ilə razılığa gələ bilmir.