Ayaz Quliyev ehtiyatda qaldı, “Ximki” evdə uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ayaz Quliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ximki” 5 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.