Ayaz Quliyev “Krılya Sovetov”a qarşı 90 dəqiqə oynadı

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan “Krılya Sovetov”la qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Quliyevin komandası bu oyundan 1 xalla ayrılıb – 0:0.

Ayaz Quliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Ximki”də forma geyinən digər azərbaycanlı futbolçu – İlya Sadıqov isə sonadək ehtiyatda qalıb. Hansı ki, o, bu klubun sahibi Tufan Sadıqovun oğludur.

“Ximki” 23 turdan sonra 14 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.