Azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matça çıxıblar. Arena.az xəbər verir ki, onlar Rusiya Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutan “Axmat”la qarşılaşmanın iştirakçısı olublar.
“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası meydanı darmadağınla tərk edib – 0:3. Hesabı ilk hissədə açan meydan sahibləri fasilədən sonra daha iki qol vurmaqla yekun nəticəni müəyyənləşdiriblər.
Ayaz Quliyev bu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib. İlya Sadıqov isə 73-cü dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, İlya Sadıqov “Ximki” klubunun sahibi Tufan Sadıqovun oğludur.
“Ximki” 28 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.