Azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matça çıxıblar. Arena.az xəbər verir ki, onlar Rusiya Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan Mosvka “Spartak”ı ilə qarşılaşmanın iştirakçısı olublar.
“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası iki qolun qeydə alındığı bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Hesabı ilk hissədə meydan sahibləri açıblar. Amma “Spartak” fasilədən sonra bərabərlik qolunu vurmağı bacarıb.
Ayaz Quliyev bu oyuna start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. Onun əvəzində isə meydana məhz İlya Sadıqov çıxıb. Ayaz 64-cü, Sadıqov isə meydana çıxan kimi sarı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, İlya Sadıqov “Ximki” klubunun sahibi Tufan Sadıqovun oğludur.
“Ximki” 27 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.