Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ufa” ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
“Arsenal” geridə qalan 29 turda 23 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Məhz bu turdan etibarən “Arsenal”ın Rusiya Premyer Liqasını tərk etməsi dəqiqləşib. Tula komandası aşağı liqaya düşüb. “Arsenal” növbəti mövsümdə Milli Futbol Liqasında (FNL) çıxış edəcək.


