“Ayntraxt”ın yeni baş məşqçisi bəlli oldu

Almaniyanın “Ayntraxt” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, Frankfurt təmsilçisini bundan sonra Oliver Qlasner çalışdıracaq.

Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Qlasnerlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Qlasner son olaraq Almaniyanın “Volfsburq” komandasında baş məşqçi kimi çalışıb. 46 yaşlı avstriyalı mütəxəssis ondan öncə ölkəsində LASK və “Rid” klublarına rəhbərlik edib.

Qeyd edək ki, “Ayntraxt”ı geridə qalan mövsümdə Adi Hütter çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda Bundesliqanı 5-ci sırada bitirib və Avropa Liqasında iştirak hüququ qazanıb. Lakin Hütter yeni mövsümdən “Borussiya” (Mönhenqladbax) komandasına rəhbərlik edəcək. O, “Borussiya”da Marko Rozeni əvəzləyəcək. Roze isə yeni mövsümdən Dortmund “Borussiya”sının baş məşqçisi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: