Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub. Arena.az xəbər verir ki, blokçumuzun komandası “Vaşaş” finalda “Bekeşçaba” kollektivi ilə qarşılaşıb.

Gərgin keçən qarşılaşmada “Vaşaş” bu rəqibinə 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə qalib gəlib. Nəticədə “Vaşaş” Macarıstan kubokuna sahib çıxıb.

Final oyununda millimizin və “Vaşaş”ın kapitanı da qələbədə əsas pay sahiblərindən biri olub. Belə ki, Ayşən Abduləzimova 14 xal (hücum – 8 xal, 57 faiz, blok – 5 xal, eys – 1 xal) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: