Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 9-cu turuna təsadüf edib. Qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzublar.
Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidr. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.
Qərblilər bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.
Xatırladaq ki, Ayxan Abbasov “Turan Tovuz”dan öncə “Zirə” (37 oyun) və “Sumqayıt”da (94 oyun) baş məşqçi kimi çalışıb.