“Turan Tovuz”un hücumameyilli yarımmüdafiəçisi Ayxan Hüseynov Premyer Liqanın 6-cı turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan səfər qarşılaşmasında qərb təmsilçisinin heyətində 1 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.
Ayxan sözügedən oyunla bağlı saytımıza açıqlama verib. 25 yaşlı futbolçunun dediklərini təqdim edirik:
“Azarkeşlərimizin sevincini eynən onlar kimi, sevinərək qarşılayıram. Meydanda etdiklərim ürəkdəndir. Daha çox işləmək və artırmaq lazımdır. Bu oyun məni yenidən özümə qaytardı. Bu, bir təkan idi. Belə də davam edəcəyəm. Heç nəyə baxmayaraq, dayanmayacağam. Yalnız irəli”.
Xatırladaq ki, Ayxan Hüseynov 2022-ci ilin iyul ayından “Turan Tovuz”un uğurları üçün çalışır. Yarımmüdafiəçi Tovuz klubunun heyətində indiyə qədər 76 oyuna çıxıb, 11 qol və 17 məhsuldar ötürmə müəllifi olub.