Azər Bağırov: “Neftçi” üzərində qələbə bizə lazım idi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun mənim üçün çox maraqlı keçdi. Qol epizodlarımız oldu. Sona qədər səbrlə müdafiə olunduq və istədiyimiz qolu son dəqiqələrdə tapdıq. Uşaqları təbrik edirəm. Bu qələbə, bu oyun bizə lazım idi. Futbolçular öz güclərinə inanmalı idilər. Bu qələbə ilə çox şeyləri geri qaytara bildik. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzulayıram”.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Məncə, bu gün oyunumuz alınmadı. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik.

Penalti epizodunu görə bilmədim. Mənim olduğum yerdən görünmürdü”.

Xəbəri sosial şəbəkələrdə paylaş: