Azərbaycan atletləri Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qran-prisində mübarizə aparacaqlar.
Arena.az xəbər verir ki, sayca ikinci olacaq bu qran-pri 4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada təşkil olunacaq.
Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Azərbaycan atletləri qran-priyə bu heyətlə yollanacaqlar:
Qadınlar: Nazilə İsmayılova (49 kq)
Kişilər: Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).