Azərbaycan – Avstriya oyununun stadionu açıqlandı

Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya yığmasına qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu qarşılaşma oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xatırladaq ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri 1-ci turda səfərdə məhz Avstriyaya 1:4 hesabı ilə məğlub olub. İsveçlə səfər matçında da 0:5 hesabıyla uduzmuş yığmamız doğma meydanda Estoniya ilə “sülh” bağlayıb – 1:1.