Azərbaycan Birinci Divizionunda 2022/23 mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, püşkatma mərasimində yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar müəyyənləşib.

Yeni mövsümdə Azərbaycan Birinci Divizionunda 15 komanda mübarizə aparacaq. Onlardan 9-u Premyer Liqada mübarizə aparan klubların əvəzedici komandalarıdır. Yalnız “Sabah” klubu bu mövsüm əvəzedici heyətini Birinci Diviziona buraxmağa ehtiyac duymayıb. Birinci Divizionun yeni iştirakçıları isə “İmişli”, “Araz Naxçıvan” və “Mingəçevir”dir.

24 avqustda başlayacaq yarışın ilk turunda aşağıdakı cütlər üz-üzə gələcək:

Birinci Divizion
1-ci tur
24 avqust

“Zirə-2” – “Kəpəz-2”
“Turan Tovuz-2” – “Şamaxı-2”
“Qəbələ-2” – “İmişli”
“Araz Naxçıvan” – “Qarabağ-2”
MOİK – “Zaqatala”
“Mingəçevir” – “Neftçi-2”
“Qaradağ Lökbatan” – “Səbail-2”

Qeyd: İlk turda “Sumqayıt-2” komandası istirahət edəcək.