Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası 2023-cü ildə baş tutacaq ilk turun təyinatlarını təqdim edib.
Sabah qış fasiləsindən sonra ilk oyunlar keçiriləcək. İlk oyun günündə üç qarşılaşma baş tutacaq. 16-cı tura fevralın 8-də baş tutacaq dörd oyunla yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycan Birinci Divizionunda geridə qalan 15 turdan sonra 32 xala malik “Araz Naxçıvan” vahid liderdir. Liderin əsas izləyiciləri olan “Turan Tovuz”la “Neftçi”nin əvəzedicilərinin isə 28 xalı var.
Birinci Divizion
16–cı tur
7 fevral
“Kəpəz-2” – “Zirə-2”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Şamaxı-2” – “Turan Tovuz-2”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 14:00.
“İmişli” – “Qəbələ-2”
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Asif Abdullayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Saatlı OİK stadionu, 14:00.
8 fevral
“Qarabağ-2” – “Araz Naxçıvan”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Binə qəsəbə stadionu, 14:00.
“Zaqatala” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zaqatala OİK stadionu, 14:00.
“Səbail-2” – “Qaradağ Lökbatan”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Tural İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“ASCO Arena”, 14:00.
“Neftçi-2” – “Mingəçevir”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rasim Axundov, Rəsul Babayev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.