Azərbaycan Birinci Liqasında 2024/2025 mövsümünün püşkü atıldı

Bu gün AFFA-nın inzibati binasında təşkil olunmuş tədbirlə futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025 mövsümünün püşkü atılıb.

Arena.az xəbər verir ki, püşkatma nəticəsində yeni mövsümün 1-ci turunda qarşılaşacaq komandalar bəlli olublar.

Ötən il olduğu kimi, yeni mövsümdə də aşağı dəstədə 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq.

Qeyd edək ki, Azərbaycan Birinci Liqasında 2024/2025 mövsümünə sentyabrın 11-də start veriləcək.

1-ci tur

“Difai Ağsu” – “Cəbrayıl”
“İmişli” – “Baku Sportinq”
MOİK – “Mingəçevir”
“Karvan” – “Qaradağ Lökbatan”
“Qəbələ” – “Zaqatala”