Azərbaycan Birinci Liqasında qış fasiləsi bu gün bitir – Təyinatlar

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 13-cü turunun oyunları üçün hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Birinci Liqasında qış fasiləsi məhz bu gün çatır. 13-cü turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. Qalan 2 oyun isə sabah keçiriləcək.

Birinci Liqada mövsümün ilk dövrəsindən sonra 27 xala malik “Qaradağ Lökbatan” vahid liderdir. “Şamaxı” və MOİK 22 xalla 2-3-cü yerləri bölüşürlər. “İmişli” və “İrəvan” isə 20 xal toplayıblar.

Birinci Liqa
13-cü tur
8 fevral

MOİK – “Karvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Sənan Atayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.

“Difai Ağsu” – “Araz Saatlı”
Hakimlər: Tural Qurbanov, Teymur Teymurov, Tərlan Talıbzadə, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 14:30.

“Mingəçevir” – “Şamaxı”
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Mirnihad Seyidov, Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

9 fevral

“İrəvan” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 13:00.

“Zaqatala” – “Qaradağ Lökbatan”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Orxan İbişov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.