Şüvəlandakı Ağır Atletika Akademiyasında yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb.
Arena.az xəbər verir ki, sonuncu – üçüncü yarış gününə ağırçəkili atletlərin mübarizəsiylə yekun vurulub.
89 kq çəki dərəcəsində Hüseynəli İbrahimov, 96 kq çəki dərəcəsində Muhəmmədəli Məmmədzadə, 102 kq çəki dərəcəsində Ruslan Mustafayev, +102 kq dərəcəsində isə Sadiq Əliquliyev qalib adını qazanıblar.
Daha öncə medal qazanmış atletlərin siyahısını bir daha xatırladırıq:
Oğlanlar
-81 kq
- Ravin Alməmmədov – toplam 307 kq (136+171)
- Hüseyn Heydərov – toplam 258 kq (115+143)
- Nicat Babayev – toplam 228 kq (105+123)
73 kq
- Maxmut Kadırov – toplam 256 kq (118+138)
- Turan Əliyev – toplam 254 kq (114+140)
- Nihat Vəliyev – toplam 236 kq (111+125)
67 kq
- Akif Abdullayev – toplam 230 kq (103+127)
- Emil Quliyev – toplam 229 kq (104+125)
- Yunis Bayramov – toplam 203 kq (88+15)
61 kq
- Amin Osmanov – toplam 212 kq (97+115)
- Orxan İmanov – toplam 199 kq (90+109)
- Ramiz Kazımov – toplam 198 kq (93+105)
-55 kq
- Dəniz Cabbarlı – toplam 205 kq (91+114)
- Kamran Xappayev – toplam 190 kq (85+105)
- Xəyyam Allahverdiyev – toplam 174 kq (76+98)
49 kq
- İlham Əkbərov – toplam 146 kq (68+78)
- Nihat Zairov – toplam 144 kq (68+76)
- Əlimehti Hüseynov – toplam 136 kq (63+73)
Qızlar arasında yarışın qalibi isə aşağıdakı atletlər olublar:
Nuray Əbilova (40 kq)
Malika Bikçuyeva (45 kq)
Türkanə Qənbərzadə (49 kq)
Nigar Əliyeva (55 kq)
Ayişə Əliyeva (59 kq)
Aytən Əliyeva (64 kq)
Zəhra Niftəliyeva (71 kq)
Arzu Qədimova (76 kq)
Mələk Hüseynli (81 kq)
Zəhra Qənbərzadə (+81 kq)
Xatırladaq ki, Azərbaycan birinciliyi mayın 25-də start götürmüşdü. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet iştirak edib.