Şüvəlandakı Ağır Atletika Akademiyasında yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.
Arena.az xəbər verir ki, artıq ikinci yarış gününə yekun vurulub.
Son olaraq körpücük üzərinə çəkisi 67 kq olan atletlər çıxıblar. Maraqlı və gərgin mübarizə şəraiitndə keçən yarışma Akif Abdullayevin qələbəsiylə yekunlaşıb. O, toplam 230 kq (103+127) nəticə ilə çempion adına layiq görülüb. Gümüş medalı toplam 229 kq (104+125) nəticə göstərən Emil Quliyev əldə edib. Bürünc medalı isə toplam 203 kq (88+15) nəticə ilə Yunis Bayramov qazanıb.
İkinci yarış gününün daha öncəki qaliblərini bir daha xatırladırıq:
61 kq
- Amin Osmanov – toplam 212 kq (97+115)
- Orxan İmanov – toplam 199 kq (90+109)
- Ramiz Kazımov – toplam 198 kq (93+105)
-55 kq
- Dəniz Cabbarlı – toplam 205 kq (91+114)
- Kamran Xappayev – toplam 190 kq (85+105)
- Xəyyam Allahverdiyev – toplam 174 kq (76+98)
İlk yarış günündə isə oğlanlar arasında körpücük üzərinə çəkisi 49 kq-a qədər olan idmançılar çıxmışdılar:
- İlham Əkbərov – toplam 146 kq (68+78)
- Nihat Zairov – toplam 144 kq (68+76)
- Əlimehti Hüseynov – toplam 136 kq (63+73)
Qızlar arasında yarışın qalibi isə aşağıdakı atletlər olublar:
Nuray Əbilova (40 kq)
Malika Bikçuyeva (45 kq)
Türkanə Qənbərzadə (49 kq)
Nigar Əliyeva (55 kq)
Ayişə Əliyeva (59 kq)
Aytən Əliyeva (64 kq)
Zəhra Niftəliyeva (71 kq)
Arzu Qədimova (76 kq)
Mələk Hüseynli (81 kq)
Zəhra Qənbərzadə (+81 kq)
Mayın 25-də başlamış Azərbaycan birinciliyi sabah – mayın 27-də yekunlaşacaq. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.