Azərbaycan birinciliyi: Ravin Alməmmədovdan 5 rekord!

Şüvəlandakı Ağır Atletika Akademiyasında yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Arena.az xəbər verir ki, sonuncu – üçüncü yarış günündə daha bir çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Çəkisi 81 kq-a qədər olan atletlərin mübarizəsi maraqlı alınıb. Toplam 307 kq (136+171) çəkinin öhdəsindən gələn Ravin Alməmmədov qızıl medala sahib çıxıb. Toplam 258 kq (115+143) nəticə göstərən Hüseyn Heydərov gümüş, toplam 228 kq (105+123) nəticə göstərən Nicat Babayev isə bürünc medala layiq görülüb.

Ravin Alməmmədovun nəticə əlamətdar olub. Onun birdən qaldırmada ram etdiyi 136 kq yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kq və toplamdakı 307 kq nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordudur.

Daha öncə medal qazanmış atletlərin siyahısını bir daha xatırladırıq:

Oğlanlar

73 kq

  1. Maxmut Kadırov – toplam 256 kq (118+138)
  2. Turan Əliyev – toplam 254 kq (114+140)
  3. Nihat Vəliyev – toplam 236 kq (111+125)

67 kq

  1. Akif Abdullayev – toplam 230 kq (103+127)
  2. Emil Quliyev – toplam 229 kq (104+125)
  3. Yunis Bayramov – toplam 203 kq (88+15)

61 kq

  1. Amin Osmanov – toplam 212 kq (97+115)
  2. Orxan İmanov – toplam 199 kq (90+109)
  3. Ramiz Kazımov – toplam 198 kq (93+105)

-55 kq

  1. Dəniz Cabbarlı – toplam 205 kq (91+114)
  2. Kamran Xappayev – toplam 190 kq (85+105)
  3. Xəyyam Allahverdiyev – toplam 174 kq (76+98)

49 kq

  1. İlham Əkbərov – toplam 146 kq (68+78)
  2. Nihat Zairov – toplam 144 kq (68+76)
  3. Əlimehti Hüseynov – toplam 136 kq (63+73)

Qızlar arasında yarışın qalibi isə aşağıdakı atletlər olublar:

Nuray Əbilova (40 kq)
Malika Bikçuyeva (45 kq)
Türkanə Qənbərzadə (49 kq)
Nigar Əliyeva (55 kq)
Ayişə Əliyeva (59 kq)
Aytən Əliyeva (64 kq)
Zəhra Niftəliyeva (71 kq)
Arzu Qədimova (76 kq)
Mələk Hüseynli (81 kq)
Zəhra Qənbərzadə (+81 kq)

Mayın 25-də başlamış Azərbaycan birinciliyi bu gün mayın 27-də yekunlaşacaq. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.