Azərbaycan birinciliyi: Son yarış gününün ilk qalibi məlum oldu

Şüvəlandakı Ağır Atletika Akademiyasında yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Arena.az xəbər verir ki, sonuncu – üçüncü yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan atletlər çıxıblar.

Maxmut Kadırov toplam 256 kq (118+138) nəticə ilə qızıl medala layiq görülüb. Gümüş medal toplam 254 kq (114+140) nəticə göstərən Turan Əliyevə, bürünc medal isə toplam 236 kq (111+125) nəticə göstərən Nihat Vəliyevə qismət olub.

Əvvəlki yarış günlərində medal qazanmış atletlərin siyahısını bir daha xatırladırıq:

Oğlanlar

67 kq

  1. Akif Abdullayev – toplam 230 kq (103+127)
  2. Emil Quliyev – toplam 229 kq (104+125)
  3. Yunis Bayramov – toplam 203 kq (88+15)

61 kq

  1. Amin Osmanov – toplam 212 kq (97+115)
  2. Orxan İmanov – toplam 199 kq (90+109)
  3. Ramiz Kazımov – toplam 198 kq (93+105)

-55 kq

  1. Dəniz Cabbarlı – toplam 205 kq (91+114)
  2. Kamran Xappayev – toplam 190 kq (85+105)
  3. Xəyyam Allahverdiyev – toplam 174 kq (76+98)

49 kq

  1. İlham Əkbərov – toplam 146 kq (68+78)
  2. Nihat Zairov – toplam 144 kq (68+76)
  3. Əlimehti Hüseynov – toplam 136 kq (63+73)

Qızlar arasında yarışın qalibi isə aşağıdakı atletlər olublar:

Nuray Əbilova (40 kq)
Malika Bikçuyeva (45 kq)
Türkanə Qənbərzadə (49 kq)
Nigar Əliyeva (55 kq)
Ayişə Əliyeva (59 kq)
Aytən Əliyeva (64 kq)
Zəhra Niftəliyeva (71 kq)
Arzu Qədimova (76 kq)
Mələk Hüseynli (81 kq)
Zəhra Qənbərzadə (+81 kq)

Mayın 25-də başlamış Azərbaycan birinciliyi bu gün mayın 27-də yekunlaşacaq. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.