Azərbaycan birinciliyinə qızların yarışı ilə start verildi

Bu gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib. Arena.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.

Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar. Onların yarışı maraqlı mübarizə şəraitində keçib. Öz çəki dərəcələrində qalib adını qazanmış atletlərin siyahısını təqdim edirik:

Nuray Əbilova (40 kq)
Malika Bikçuyeva (45 kq)
Türkanə Qənbərzadə (49 kq)
Nigar Əliyeva (55 kq)
Ayişə Əliyeva (59 kq)
Aytən Əliyeva (64 kq)
Zəhra Niftəliyeva (71 kq)
Arzu Qədimova (76 kq)
Mələk Hüseynli (81 kq)
Zəhra Qənbərzadə (+81 kq)

Azərbaycan birinciliyinə mayın 25-27-də yekun vurulacaq.