Şüvəlandakı Ağır Atletika Akademiyasında yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub. Arena.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.
İlk yarış günündə oğlanlar arasında körpücük üzərinə ilk olaraq çəkisi 49 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş medal qazanıb. 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, Azərbaycan birinciliyində daha öncə qızlar arasında yarışın qalibi müəyyənləşmişdi. Onların yarışı maraqlı mübarizə şəraitində keçib. Öz çəki dərəcələrində qalib adını qazanmış atletlərin siyahısı belədir:
Nuray Əbilova (40 kq)
Malika Bikçuyeva (45 kq)
Türkanə Qənbərzadə (49 kq)
Nigar Əliyeva (55 kq)
Ayişə Əliyeva (59 kq)
Aytən Əliyeva (64 kq)
Zəhra Niftəliyeva (71 kq)
Arzu Qədimova (76 kq)
Mələk Hüseynli (81 kq)
Zəhra Qənbərzadə (+81 kq)
Azərbaycan birinciliyinə mayın 27-də yekun vurulacaq.