Azərbaycan çempionatı: 6 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdi

Bu gün sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında təşkil olunmuş Azərbaycan çempionatı start götürüb. Arena.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da mübarizə baş tutub.

Görüşlərə saat 10:30-da start verilib. Saat 16:00-da çempionatın açılış mərasimi başlayıb. Hakimlərin paradından sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb. Daha sonra o, çempionatı açıq elan edib. Dövlət himni səsləndirildikdən sonra Elçin Zeynalovun 75 illik yubileyi ilə bağlı olaraq, ona Azərbaycan Güləş Federasiyası və Milli Olimpiya Komitəsi adından xatirə hədiyyələri təqdim edilib. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi olan Elçin Zeynalov Azərbaycan Respublikası prezidenti tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı və fəxri diplomu ilə təltif edilib.

Daha sonra 6 çəki üzrə medal görüşləri keçirilib.

Azərbaycan çempionatı

57 kq
Yarımfinal: Vasif Bağırov (Gəncə, “Neftçi) – Riad Aslanov (Abşeron) 0:10
Yarımfinal: Elman Ağayev (UGİM-5) – Ruslan Abdullayev (UGİM-5) 2:13
Bürünc medal görüşü: Səbuhi Yunusov (AİJA) – Vasif Bağırov (Gəncə, “Neftçi”) +:- (V.Bağırov zədələndiyi üçün güləşməyib)
Bürünc medal görüşü: Nihad Həsənli (Neftçi) – Elman Ağayev (UGİM-5) 2:8
Final: Riad Aslanov (Abşeron) – Ruslan Abdullayev (UGİM-5) 0:11

61 kq
Yarımfinal: Ceyhun Allahverdiyev (Neftçi) – Musa Ağayev (Zenit) 0:3
Yarımfinal: Elmin Cəbiyev (UGİM-2) – Sübhan Səfərli (Göyçay) 1:2
Bürünc medal görüşü: Ayxan Abdullazadə (Göygöl) – Ceyhun Allahverdiyev (Neftçi) 3:11
Bürünc medal görüşü: Cavid Cavadov (Gəncə) – Elmin Cəbiyev (UGİM-2) 2:10
Final: Musa Ağayev (Zenit) – Sübhan Səfərli (Göyçay) 8:2

65 kq
Yarımfinal: Ramik Heybətov (Neftçi) – Abdulrəhman İbrahimov (Gəncə, “Neftçi”) 4:0
Yarımfinal: Murad Haqverdiyev (Gəncə) – Nahid Məmmədli (Abşeron) 6:0
Bürünc medal görüşü: İbrahim Musayev (Pəhləvan) – Abdulrəhman İbrahimov (Gəncə, “Neftçi) 0:9
Bürünc medal görüşü: Əmrah Şəfiyev (Qəbələ) – Nahid Məmmədli (Abşeron) 1:6
Final: Ramik Heybətov (Neftçi) – Murad Haqverdiyev (Gəncə) 3:2

70 kq
Yarımfinal: Adəm Bağırov (UGİM-2) – Cavidan Əhmədov (Sumqayıt) 1:6 (tuş)
Yarımfinal: Omar Gülməmmədov (Neftçi) – Mircavidan Nəbiyev (Zenit) 2:4
Bürünc medal görüşü: Hüseyn Əliyev (Neftçi) – Adəm Bağırov (UGİM-2) 0:11
Bürünc medal görüşü: Camal Qasımov (Lokomotiv) – Omar Gülməmmədov (Neftçi) 7:17
Final: Cavidan Əhmədov (Sumqayıt) – Mircavad Nəbiyev (Zenit) 7:4

74 kq
Yarımfinal: Namus Orucov (Sumqayıt, “Təhsil”) – Elxan Qarayev (Neftçi) 5:5*
Yarımfinal: Vasif Quliyev (Sumqayıt) – Əkbər Vəliyev (Neftçi) 0:10
Bürünc medal görüşü: Vasif Tarverdiyev (UGİM-9) – Namus Orucov (Sumqayıt, “Təhsil”) 0:6 (tuş)
Bürünc medal görüşü: Tural Niftiyev (Qəbələ) – Vasif Quliyev (Sumqayıt) 0:10
Final: Elxan Qarayev (Neftçi) – Əkbər Vəliyev (Neftçi) 5:7

79 kq
Yarımfinal: Vasif Xuduyev (Neftçi) – Nihad Əsgərov (FHN) 3:2
Yarımfinal: Fərman Hüseynov (Abşeron) – Sadiq Mustafazadə (İmişli) 0:10
Bürünc medal görüşü: Mustafa Qurbanov (Sumqayıt) – Nihad Əsgərov (FHN) 1:10
Bürünc medal görüşü: Rüfət Məmmədəliyev (Qazax) – Fərman Hüseynov (Abşeron) 12:1
Final: Vasif Xuduyev (Neftçi) – Sadiq Mustafazadə (İmişli) 4:4*

Xəbəri sosial şəbəkələrdə paylaş: