Azərbaycan çempionatı: Daha yeddi çəki üzrə çempionlar bəlli oldu

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Arena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın 2-ci günündə yunan-Roma güləşində son 3 çəki üzrə çempionlar və digər medalçılar bəlli olub.

87 kq-da İslam Abbasov, 97 kq-da Orxan Nuriyev, 130 kq-da isə Sərxan Məmmədov hamıdan güclü olub.

Bu gün həm də sərbəst güləşdə 4 çəki üzrə medalçılar müəyyənləşib. Əfqan Xaşalov (57 kq), İslam Bazarqanov (61 kq), Zirəddin Bayramov (65 kq) və Davud İbrahimov (70 kq) Azərbaycan çempionu adını qazanıb.

Bu gün medal qazanmış bütün idmançıların siyahısını təqdim edirik:

Güləş üzrə Azərbaycan çempionatı
8 dekabr

Yunan-Roma güləşi

87 kq

  1. İslam Abbasov (DİN, Qubadlı)
  2. Laçın Vəliyev (Göyçay)
  3. Məhəmməd Əhmədiyev (Balakən), Murad Əhmədiyev (Balakən)

97 kq

  1. Orxan Nuriyev (Neftçi)
  2. Arif Niftullayev (Neftçi)
  3. Zamir Məhəmmədov (Atasport), Soltan İsmayılov (MOİK)

130 kq

  1. Sərxan Məmmədov (Neftçi)
  2. Tarış Əbilov (Məhsul)
  3. Aqil Qədirli (Gənclik), Nofəl Heydərov (Gənclik)

Sərbəst güləş

57 kq

  1. Əfqan Xaşalov (Zenit)
  2. Əliabbas Rzazadə (Zenit)
  3. Məhəmməd Abdullayev (Qax), Tofiq Əliyev (Zenit)

61 kq

  1. İslam Bazarqanov (Atasport)
  2. Tural Hüseynov (Abşeron)
  3. İntiqam Vəlizadə (Neftçi), Murad Haqverdiyev (Gəncə)

65 kq

  1. Zirəddin Bayramov (Şəmkir)
  2. Əhmədnəbi Qvarzatilov (Atasport)
  3. Seymur Cəbrayılov (Abşeron), Kənan Heybətov (Abşeron)

70 kq

  1. Davud İbrahimov (Atasport)
  2. Əsgər Məmmədəliyev (MOİK)
  3. Əli Rəhimzadə (DİN), Murad Yevloyev (Atasport)