Azərbaycan çempionatı: Yeddi çəkidə çempionlar bəlli oldu

Bu gün sərbəst yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb. Arena.az xəbər verir ki, ilk yarış günündə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

İlk gündə İbrahim Nurullayev (55 kq), Elmir Əliyev (50 kq), Murad Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və Tuncay Vəzirzadə (82 kq) Azərbaycan çempionu adını qazanıb.

İlk gündəki bütün medalçıları təqdim edirik:

Azərbaycan çempionatı
7 dekabr

55 kq

  1. İbrahim Nurullayev (Gömrükçü, Cəlilabad)
  2. Fərid Sadıxlı (UGİM-5)
  3. Zaur Əliyev (MOİK), Ziyad Zeynalov (Neftçi)

60 kq

  1. Elmir Əliyev (Neftçi, Pəhləvan)
  2. Fərdi Hümbətov (DİN)
  3. Ziya Babaşov (MOİK), Nihad Quluzadə (Neftçi)

63 kq

  1. Murad Məmmədov (Neftçi, Sumqayıt)
  2. Təvəkgül Həziyev (DİN, Sumqayıt)
  3. Orxan Eyvazov (MOİK), Həsən Məmmədli (DİN)

67 kq

  1. Namaz Rüstəmov (Cəngi)
  2. Taleh Məmmədov (Neftçi)
  3. Fərid Xəlilov (DİN, Sumqayıt), Rəvan Nuriyev (Təhsil, Qubadlı)

72 kq

  1. Ülvü Qənizadə (Neftçi)
  2. Ruslan Nurullayev (Gömrükçü, Cəlilabad)
  3. Kamran Məmmədov (DİN), Adəm Hacızadə (Atasport)

77 kq

  1. Sənan Süleymanov (Neftçi)
  2. Xasay Həsənli (Neftçi)
  3. Şirxan Quliyev (Neftçi), Azad Əliyev (MOİK)

82 kq

  1. Tuncay Vəzirzadə (Spartak)
  2. Nəsir Həsənov (MOİK)
  3. Hüseyn Abbasov (Zenit, Sumqayıt), Tural Daşdəmirov (Neftçi)
Xəbəri sosial şəbəkələrdə paylaş: