Azərbaycan çempionatına start verildi: ilk günün qalibləri

Bu gün – iyulun 11-də cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Azərbaycan çempionatına start verilib.

Arena.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda ilk gün artıq geridə qalıb.

Yarışın ilk günündə 8 çəki dərəcəsində 112 cüdoçu medallar uğrunda mübarizə aparıb. Belə ki, kişilər arasında -60 kq, -73 kq, -90 kq və +100 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib. Qadınlar arasında isə -48 kq, -57 kq, -70 kq və +78 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

Qaliblərin siyahısını təqdim edirik:

Kişilər

-60 kq

  1. Nurlan Kərimli
  2. Babarəhim Mirzəyev
  3. Murad Muradlı
  4. Fikrət Nəcəfov

-73 kq

  1. Rufat Şovlatov
  2. İsa Əliyev
  3. Hüseyn Məmmədzadə
  4. Rüfət Aydinov

-90 kq

  1. İbrahim Ağakişiyev
  2. Tuncay Şamil
  3. Kamran Novruzov
  4. Rəşadət Paşazadə

+100 kq

  1. Toğrul Salmanov
  2. Sabir İsayev
  3. Hacbaba İmaməliyev
  4. Ravil Xusainov

Qadınlar

-48 kq

  1. Aliyə İsmayılzadə
  2. Xumar Qasımzadə
  3. Mələkxanım Məmmədova
  4. Züleyxa Nağıyeva

-57 kq

  1. Ülviyə Bayramova
  2. Rəmziyyə Hüseynova
  3. Gülnara Bayramova

-70 kq

  1. Pərvanə Abdullayeva
  2. Aysu Həsənova
  3. Səkinə Baxşıyeva
  4. Aygül İsmayılova

+78 kq

  1. Firuzə Hacıverdiyeva

İki günlük Azərbaycan çempionatına sabah yekun vurulacaq. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda bütövlükdə 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 259 idmançı medallar uğrunda mübarizə aparırlar.