Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün rekordu

Ötən gün futbol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün ən böyükhesablı nəticəsi təkrarlanıb.

Arena.az xəbər verir ki, Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasının 27-ci turunda “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər oyununda 9:0 hesabı ilə qalib gəlib.

Bu, cari mövsüm Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçirilən bütün turnirlərdə qeydə alınan 3-cü belə nəticədir. Buna qədər iki dəfə 9 top fərqi qeydə alınıb.

Bu nəticələrin hər ikisi İkinci Liqada yaşanıb. Belə ki, 2023-cü il noyabrın 6-da “Şahdağ Qusar” “Dinamo”nu, martın 5-də “Cəbrayıl” “Kürmük Qax”ı 9:0 hesabı ilə məğlub edib. Lakin həmin qarşılaşmalar meydan sahibinin qələbəsi ilə yekunlaşıb. “Qəbələ-2” isə səfərdə ən böyük qələbənin müəllifi kimi rekorda imza atıb.