Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyada keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Sloveniyanın Podçetrtek şəhərində baş tutacaq yarışda 21 ölkədən 300-ə yaxın idmançı iştirak edəcək. Avropa çempionatında Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.
Azərbaycan cüdoçuları yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.
Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.
Nage-no-Kata
Malik Alahverdiyev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
İsmayıl Rzayev – tori
İbrahim Aslanov – uke
Katame-no-Kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke


