Azərbaycan – Estoniya matçı tanış hakimə tapşırıldı

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 5-ci turunda Estoniya yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Qəbələ şəhər stadionunda təşkil olunacaq bu görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Con Biton olacaq. Ona Daniel Makfarlan və Devid Makqiçi köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mettyu Makdermid yerinə yetirəcək. VAR hakimləri Endi Dallas və Nikolas Uolş olacaq.

Referilərin işinə albaniyalı hakim-inspektor Albano Yanku qiymət verəcək. UEFA nümayəndəsi isə Eva Qayevska (Polşa) olacaq.

Qeyd edək ki, görüş noyabrın 16-da keçiriləcək.

Sonda onu da xatırladaq ki, Con Biton azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır. O, əvvəllər bir neçə dəfə klublarımızın və yığmalarımızın oyunlarında fit çalıb.

UEFA Millətlər Liqası
16 noyabr

Azərbaycan – Estoniya
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Daniel MakFarlan, David MakQeaçie
Dördüncü hakim: Matthev MacDermid
VAR: Andrev Dallas
AVAR: Nikolas Valş
(Hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Albano Janku (Albaniya)
UEFA nümayəndəsi: Eva Qajevska (Polşa)
Qəbələ şəhər stadionu. Saat 18:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: