Ötən gün – oktyabrın 18-də Azərbaycan futbolunda 2024/2025-ci illər mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, İkinci Liqanın 7-ci turunun oyununda baş verib.
“Göygöl” öz meydanında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Buna qədər mövsümün rekordu İkinci Liqanın 2-ci turunun “Şimal” – “Ağdaş” matçında qeydə alınmışdı – 8:0.
9 topluq fərq son 8 mövsümün rekordunun təkrarıdır.
Ötən mövsümdə 3 belə nəticə qeydə alınıb. İkinci Liqada “Cəbrayıl” “Kürmük Qax”la, “Şahdağ Qusar” isə “Dinamo” ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib. Əvəzedicilər Liqasında isə “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər matçında eyni hesaba sevinib.
Azərbaycan futbolunda daha böyük fərqə isə sonuncu dəfə 2016/2017 mövsümündə təsadüf olunub. Həmin vaxt “Zaqatala” Birinci Divizionda “Energetik”in qapısından 10 top keçirib.


