Azərbaycan idmançılarının may qazancı – 179 medal!

Azərbaycan idmançılarının 2023-cü ilin may ayında beynəlxalq yarışlarda qazandıqları medalların sayı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda bütövlükdə 179 medal əldə ediblər.

Onlardan 59-u qızıl, 48-i gümüş, 72-si isə bürünc əyarlıdır.