Azərbaycan – İsveçrə matçı rumınlara tapşırıldı

Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – İsveçrə oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu matç Rumıniyadan olan hakimlərə tapşırılıb. Qarşılaşmanın baş hakimi FİFA referisi Alina Peşu olacaq. Ona yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristina Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupu çərçivəsində aprelin 9-da baş tutacaq Azərbaycan – İsveçrə oyunu Mərdəkandakı “Dalğa Arena”da təşkil olunacaq. Oyuna saat 16:00-da start veriləcək.