Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarının hakimləri bilindi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının hakim təyinatları məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə baş tutacaq “Zirə” – “Neftçi” matçını Rəvan Həmzəzadə idarə edəcəksə, “Qarabağ” – “Qəbələ” matçında Əliyar Ağayev söz sahibi olacaq.

Sonuncu oyun günündə təsadüf edəcək “Kəpəz” – “Turan Tovuz” görüşü Rauf Allahverdiyevə tapşırılıb. “Səbail” – “Sabah” matçının idarəçiliyi isə Nicat İsmayıllıya həvalə olunub.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
8 dekabr

“Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İK stadionu, 18:00.

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “Azersun Arena”, 20:30.

9 dekabr

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
Gəncə şəhər stadionu, 14:00.

“Səbail” – “Sabah”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Ramil Diniyev.
“ASCO Arena”, 17:00.