“Qarabağ” və “Sumqayıt” yarımfinalda!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qəbələ” son ölkə çempionu “Qarabağ”ı qəbul edib. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı. Meydan sahiblərinə mərhələ adlamaq üçün minimum 2 cavabsız qolla qalib gəlmək lazım idi. Amma səfərdə də rəqibinə 3 qol vuran Qurban Qurbanovun yetirmələri sürprizə imkan verməyiblər.

Günün digər matçı “Səbail”lə “Sumqayıt” arasında baş tutub. Səfərdə rəqibini minimal hesabla məğlub etmiş paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edirdi. Amma Sumqayıt təmsilçisi bu oyunda qələbə qazanmaqla yarımfinala yüksəlib.

Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə görüşəcəkdi. Bu isə o deməkdir ki, “Qarabağ” finala vəsiqə uğrunda “Sumqayıt”la mübarizə aparacaq.

Qeyd edək ki, ilk oyunda “Qarabağ” evdə “Qəbələ”ni 3:1, “Səbail” isə səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Bu mərhələnin digər matçlarında “Keşlə” “Kəpəz”in, “Neftçi” “Zirə”nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də baş tutacaq.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
6 fevral

“Qəbələ” – “Qarabağ” 0:3
Qol: M.Medvedev, 6. P.Andrade, 45+4-pen; 48.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 13. Yurgen Qoxa, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.

“Səbail” – “Sumqayıt” 1:2
Qol: Ə.İsmayılov, 90+6-pen – R.Sadıxov, 20-pen. Ə.Qurbani, 23.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı.
Bakı. “ASCO Arena”.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 96. Nikolas Hagen, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 20. Ruslan Hacıyev.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitri Nağıyev, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.