Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunlarının təyinatları

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Qarabağ” – “Araz-Naxçıvan” matçı Rəvan Həmzəzadəyə həvalə olunub. “Sabah” – “Neftçi” görüşünü isə İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

17:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabbarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:1.

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.
İlk oyun – 2:1.