Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarının cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları fevralın 5-də və 6-da keçiriləcək. Bütün görüşlər canlı yayımlanacaq.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
5 fevral
“Kəpəz” – “Neftçi”
Tovuz şəhər stadionu, 16:00.
“Sabah” – “Sumqayıt”
“Masazır Arena”, 18:30.
6 fevral
“Araz-Naxçıvan” – “Zirə”
“Dalğa Arena”, 16:00.
“Səbail” – “Qarabağ”
“Bayıl Arena”, 18:30.