Azərbaycan Kubokunda 1/4 finalın hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Mərhələnin ilk oyunu bu gün “Zirə” ilə “Səbail” arasında keçiriləcək. Bu oyunu Elçin Məsiyev idarə edəcək. Bu komandaların ilk oyununda “Zirə” 2:1 hesablı qələbəyə sevinib.

İlk oyun gününün digər görüşü “Qarabağ”la “Sabah” arasında olacaq. Bu oyunda Rauf Allahverdiyev söz sahibi olacaq. Ağdam təmsilçisi ilk oyunda 7:1 hesabıyla qalib gəlib.

Sabah baş tutacaq “Qəbələ” – “Araz-Naxçıvan” matçı İnqilab Məmmədova tapşırılıb. Bu komandaların ilk oyununda qalib müəyyənləşməyib – 1:1.

Son oyun “Neftçi” ilə “Sumqayıt” arasında keçiriləcək. Bu oyunu Kamal Umudlu idarə edəcək. İlk oyunda “Neftçi” 3:2 hesablı qələbəyə sevinib.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
8 fevral

“Zirə” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 16:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “Neftçi Arena”, 19:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: