Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları dekabrın 3-də və 4-də keçiriləcək.
Xəbərdə o da bildirilir ki, Lökbatan Olimpiya İdman Kompleksinin stadionu Azərbaycan Premyer Liqasında çıxış edən klubları qəbul etməyə hazır olmadığı üçün 1/8 final mərhələsinin “Qaradağ Lökbatan” – “Səbail” oyunu “Bayıl Arena”da reallaşacaq.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr
“Qaradağ Lökbatan” – “Səbail”
“Bayıl Arena”, 15:00.
“Araz-Naxçıvan” – “Mingəçevir”
Mərdəkan. “Dalğa Arena”, 16:00
“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 18:00.
4 dekabr
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 16:00.
“Kəpəz” – “İmişli”
Tovuz şəhər stadionu, 16:00.
“Neftçi” – “Difai”
Bakı. “Neftçi Arena”, 18:00.
“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 19:00.
“Sumqayıt” – MOİK
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.


