Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, mərhələnin üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutacaq.
Premyer Liqa klublarından “Şamaxı” doğma meydanda “Şəmkir”i qəbul edəcək. Bu gün həmçinin “Mingəçevir” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Karvan” və “Şəfa” – “Difai” oyunları da keçiriləcək.
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr
“Turan Tovuz” – “Hypers Quba” 7:2
Qollar: Ramil Əhmədov, 13-öz qapısına. Ayxan Hüseynov, 16; 25. Aleks Souza, 38; 39. Sadiq Quliyev, 55. Nahid Əliyev, 60 – İlqar Ələkbərov, 63; 68.
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 20:00.
29 oktyabr
MOİK – “Şimal” 3:1
Qollar: Cavid Tağıyev, 17. Balamirzə Soltanov, 55. Cavidan Abbaszadə, 90+1 – Məhəmməd Ağayev, 90+3.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 0:4
Qol: Sənan Ağalarov, 19; 49. Bernardo Dias 45. Elcan Məmmədov 81.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Bakı. “Dalğa Arena”, 16:00.
“Ağdaş” – “Kəpəz” 0:6
Qollar: Lassana Ndiaye, 10. Kərim Lkuça 17-pen; 42. Tural Rzayev, 21; 60. Nicat Məmmədov 63.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Tovuz şəhər stadionu, 16:00.
“Dinamo” – “Səbail” 0:6
Qollar: Oruc Məmmədov, 22. Vüsal Məsimov, 25. Gülağa Əsədov, 39; 56. Ayman Buali, 66. Fərid Şahhüseyni, 86.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
“Bayıl Arena”, 18:00.
30 oktyabr
“Şamaxı” – “Şəmkir”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.
“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəfa” – “Difai”
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Bakı. “ASK Arena”, 15:00.
31 oktyabr
“İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Qəbələ şəhər stadionu, 15:00.


