Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, hər dueli bir matçdan ibarət olacaq növbəti raundun son iştirakçısı bu gün keçirilən “Dinamo” – “Füzuli” matçında dəqiqləşib.
Bu qarşılaşmada “Səbail”in rəqibi bəlli olub. 2-ci təsnifat mərhələsinin 22-ci iştirakçısı adını “Dinamo” qazanıb.
Yarışa ikinci raunddan başlayacaq Premyer Liqanın 5, Birinci Liqanın 10 klubuna İkinci Liqanın 7 komandası qoşulub.
Qeyd edək ki, Azərbaycan Kubokunda 2-ci təsniafat mərhələsinin 11 görüşü oktyabrın 29-30-da baş tutacaq.
Azərbaycan kuboku
2-ci təsnifat mərhələsi
29-30 oktyabr
Şahdağ Qusar – Araz-Naxçıvan
Mingəçevir – Zaqatala
Turan Tovuz – Hypers Quba
Qaradağ Lökbatan – Karvan
MOİK – Şimal
Şamaxı – Şəmkir
Dinamo – Səbail
Qəbələ – Baku Sportinq
Ağdaş – Kəpəz
İmişli – Cəbrayıl
Şəfa – Difai Ağsu