Bu gün Şamaxıda keçirilən bir oyunla futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyununda “Şahdağ Qusar” və “Kür-Araz” kollektivləri üz-üzə gəliblər.
Qarşılaşma Qusar klubunun qələbəsi ilə bitib. Nəticədə “Şahdağ Qusar” növbəti mərhələyə adlayıbsa, “Kür-Araz” kubokla erkən vidalaşıb.
Qeyd edək ki, “Şahdağ Qusar” 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”a rəqib olub.
Günün digər görüşündə “Şəfa” və “Saatlı-Araz” komandaları üz-üzə gələcəklər. Bu oyuna saat 16:30-da start veriləcək.
Azərbaycan Kubokunda ilk təsnifat mərhələsinə oktyabrın 14-də yekun vurulacaq.
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
12 oktyabr
“Şahdağ Qusar” – “Kür-Araz” 3:1
Qollar: Famil Camalov, 73; 77. Emin Quliyev, 79 – Nodar Məmmədov, 8.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
Şahdağ Qusar: 99. Elmar Əzizov, 8. Fərman Qənbərov, 88. Mehdi Rəsulov, 7. Salman Atluxanov, 6. Vüsal Hüseynov, 9. Famil Camalov, 4. Rubin Seyidov (k), 21. Ruslan Ağalarov, 30. İlkin Mikayılov, 71. Cavid Quliyev, 38. Said Əliyev.
Ehtiyat oyunçular: 12. Rafiq Kərimov, 1. Babək Allahverdiyev, 15. Nodar Məmmədov, 14. Rahid Əmirquliyev, 11. Tural Qurbatov, 19. İlyas Səfərzadə, 44. Afin Bağırov, 17. Emin Quliyev, 70. Ruslan Hacıyev, 10. Mehman Məsimov, 77. Ədilxan Qarəhmədov, 55. Firuz Əhmədov.
Baş məşqçi: Elnur Abdullayev.
Kür-Araz: 1. Şöhlət Rəhimov, 11. Ramazan Abbasov, 8. Cavidan Musazadə (k), 6. Ağasən Əsgərov, 9. Elxan Məmmədov, 77. Müseyib Vəlizadə, 15. Babək Yaqublu, 5. İlkin Hüseynli, 7. Fəzail Şirxanzadə, 13. Nihad Məmmədov, 4. Fərid Oruczadə.
Ehtiyat oyunçular: 12. Hilal Maqsudlu, 14. Elnur Məmmədov, 18. Nicat Fərəcli, 3. Eltun Həsənli, 16. Əli İbrahimli.
Baş məşqçi: Üzeyir Sefizadə.



