Azərbaycan Kubokunda ikinci finalçı “Qarabağ” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni günə təsadüf edib.

Günün ilk matçında səfərdə “Qəbələ” ilə qarşılaşan “Zirə” 2:0 hesablı qələbə qazanmaqla finala yüksəlib. Paytaxt təmsilçisi doğma meydandakı ilk oyunda da 2:1 hesabıyla qalib gəlmişdi.

Günün digər oyununda Premyer Liqada çempionluğu təmin etmiş “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə qarşılaşıb. Ağdam təmsilçisi səfərdə baş tutmuş ilk oyunda əzəli rəqibinə 4:0 hesabıyla qalib gəlmiş və demək olar ki, finala vəsiqəni təmin etmişdi.

Cavab görüşündə də “Qarabağ” darmadağınla qalib gəlib. Beləcə, “Neftçi” və “Qəbələ” mübarizəni dayandırıbsa, “Qarabağ”la “Zirə” finalda oynamaq hüququ qazanıblar.

Qeyd edək ki, Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması iyunun 2-də keçiriləcək. Həlledici görüş Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərarını hələ bu ilin mart ayında açıqlamışdı.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
24 aprel

“Qarabağ” – “Neftçi” 4:1
Qollar: Olavio Juninyo, 16; 69. Qara Qarayev, 62-öz qapısına. Nəriman Axundzadə, 77 – Reiuan Mirzov, 64.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:0.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 1. İvan Brkiç, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Miodraq Bojoviç.