Azərbaycan Kubokunda ilk 1/4 finalçı “Səbail” oldu

Bu gün – dekabrın 3-də futbol üzrə Azərbaycan kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, mərhələnin ilk oyunu Bayılda keçirilib.

Burada “Səbail” “Qaradağ Lökbatan”la münasibətlərinə aydınlıq gətririb. Premyer Liqa təmsilçisi aşağı liqada çıxış edən rəqibi ilə dueldə 2 cavabsız qolla qalib gəlib və sürprizə imkan verməyib.

1/8 final mərhələsində cütün taleyi bir oyunda həll olunduğuna görə, “Səbail” birbaşa 1/4 finala yüksəlib. “Dənizçilər” növbəti mərhələdə “Qəbələ” – “Qarabağ” duelinin qalibi ilə qarşılaşacaqlar.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə sabah yekun vurulacaq. İlk oyun günündə daha iki qarşılaşma nəzərdə tutulub.

Azərbaycan kuboku
1/8 final
3 dekabr

“Qaradağ Lökbatan” – “Səbail” 0:2
Qollar: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62.
Baş hakim: Əli Əliyev.
“Bayıl Arena”. 15:00.

Qaradağ Lökbatan: 25. İlnur Valiyev, 10 Araz Abdullayev, 88. Tunar Mütəlimov, 7. Ceyhun Muxtarlı (k), 5. Fərid Nadirov, 22. Fərid Mahmudov, 14. Hüseyn Hüseynli, 8. Hüseyn Əliyev, 21. İsa İsayev, 44. Xəyyam Hüseynov, 3. Ömər Məmmədzadə.
Ehtiyat oyunçular: 90. Əli Kərimov, 6. Coşqun Əsədzadə, 77. Samir Qurbanov, 17. Ramin Məhərrəmli, 4. Asif Məmmədov, 19. Orxan Əliyev, 47. Arif İsrafilbəyov.
Baş məşqçi: Fərid Məmmədov.

Səbail: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 83. Nihad Quliyev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 71. Bəhram Köçərli, 88. Hacıəli Şirəliyev, 36. Azad Əsgərov, 62. Altayturan Bektaşoğlu, 8. Qorka Larruçea, 3. Dmitri Litvin.
Məşqçi: Elvin Məmmədov.

Xəbəri sosial şəbəkələrdə paylaş: