“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş voleybol üzrə Azərbaycan Kubokunda bu gün kişilər də mübarizəyə başlayıblar.
Arena.az xəbər verir ki, yarışın ilk günündə iki oyun baş tutub.
Bu gün A qrupunda yer alan “Gənclər” və “Neftçi” komandaları Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gəliblər. Bu oyun “Neftçi”nin quru hesablı qələbəsi ilə yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyinin İdman zalında keçirilən qarşılaşma isə “Xilasedici” və “Murov” klubları arasında olub. Bu görüşdə də “Xilasedici” 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, kişi voleybolçuların Azərbaycan Kubokunda növbəti qarşılaşmalar oktyabrın 29-də Sumqayıt Olimpiya İdman Kompleksində və Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gənclər” klubu Sumqayıtda “Azərreyl”lə, B qrupunda yer alan “Xilasedici” isə MOİK komandası ilə üz-üzə gələcək.
Azərbaycan kuboku
Kişilər
26 oktyabr
A qrupu
“Gənclər” – “Neftçi” 0:3 (16:25, 12:25, 10:25)
B qrupu
“Xilasedici” – “Murov” 3:0 (25:17, 25:23, 25:21)


