Futbol üzrə Azərbaycan Kubokunda mövsümün rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib.
“Bakcell Arena”dakı görüşü 9000 tamaşaçı izləyib.
Bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finala qədər rekord 5000-ə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5000 seyrçi olub.
Ümumilikdə isə Azərbaycan kubokunda bu mövsüm baş tutan 19 matçda 31980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.
Xatırladaq ki, final qarşılaşmasının əsas vaxtı qolsuz bitib. Əlavə vaxtda penaltidən vurulan bir qol sayəsində rəqibini məğlub etməyi bacaran Qəbələnin eyniadlı təmsilçisi Azərbaycan kubokunun qalibi olub.