Azərbaycan Kubokunda “Neftçi” və “Qəbələ” üçün yubiley

Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün finalı hər iki komanda üçün yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, “Neftçi” 170-ci, “Qəbələ” 80-ci kubok sınağına çıxıb.

0:1 hesabı ilə uduzan Bakı klubu 93 qələbə qazanıb, 38 heç-heçə etdiyi turnirdə 39-cu dəfə məğlub olub. “Qırmızı-qaralar” 44-cü qələbəsini əldə edib. Bölgə təmsilçisinin 19 heç-heçə və 17 məğlubiyyəti var.

Paytaxt təmsilçisinin top fərqi 264-111-dir. Qəbələnin eyniadlı klubunda bu rəqəm 133-75-dir.

Xatırladaq ki, Azərbaycan Kubokunda son mövsümün finalı “Bakcell Arena”da baş tutub. Həlledici oyunda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəlib. Əsas vaxtda hesab açılmayıb – 0:0. Əlavə vaxtda isə penaltidən vurulan qolla qalib gələn “Qəbələ” tarixində 2-ci dəfə ölkə kubokuna sahib çıxıb.