Azərbaycan Kubokunda yarımfinal cütləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyənləşib.

Arena.az xəbər verir ki, “Zirə”, “Qarabağ” və “Qəbələ”nin ardından “Neftçi” də adını yarımfinalçılar sırasında yazdırıb.

Artıq yarımfinalda hansı komandaların üz-üzə gələcəyi də məlumdur. Belə ki, finala vəsiqə uğrunda “Zirə” “Qəbələ” ilə mübarizə aparacaqsa, digər yarımfinal görüşü əzəli rəqiblər – “Qarabağ”la “Neftçi” arasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın ilk görüşləri aprelin 2-də, cavab oyunları isə ayın 23-də keçirilməlidir.