Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni günə təsadüf edəcək.
Öncə “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq bu matçı Elçin Məsiyev idarə edəcək. Bu, sözügedən komandaların ölkə kubokundakı ilk görüşü olacaq. Tərəflər indiyədək bu turnirdə qarşılaşmayıblar.
Digər yarımfinal görüşü isə iki paytaxt təmsilçisi – “Neftçi” və “Sabah” komandaları arasında baş tutacaq. “Neftçi Arena”da keçiriləcək görüşdə FİFA referisi Əliyar Ağayev söz sahibi olacaq.
Bu komandalar arasında əvvəlki mövsümlərdə baş tutmuş yeganə dueldə “Neftçi” mərhələ adlayıb. Hər iki görüşdə komandaların ikisi də qol vurub.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları aprelin 23-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel
17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
Mərdəkan. “Dalğa Arena”.
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Neftçi Arena”.